Амина Меликова, Директор музейного центра «Ичяри шехер»

Hörmətli dostlar! Sizi , İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğundan salamlayıram. Bu gün çox əlamətdar bir gündür. AZİZ Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası öz fəaliyyətinin 13-cü ildönümünü qeyd edir. Mən assosiasiyanın bütün üzvlərini, başda cənab Lev Spivak olmaqla səmimi qəlbdən təbrik edirəm. Hər birinizə ilk növbədə möhkəm can sağlığı, əminamanlıq və neçə belə fəal, məhsuldar il arzu edirəm. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası 13 il ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə vacib və əhəmiyyətli layihələr həyata keçirib.



Mən əminəm ki, bundan sonra da ölkələrarası körpülərimizi daha da möhkəmləndirən işlər görəcəksiniz. Ölkəmizin muzey sahəsində illərdir ki, çalışan biri olaraq şəxsən öz adımdan mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyiniz layihələr - sərgilər, konsertlər, dəyirmi masalar, musiqi - poeziya gecələri və digər tədbirlərə görə Sizə minnətdaram və çox şadam ki, onların bəzilərində mən də iştirak etmişəm. Mən bir Azərbaycan vətəndaşı kimi, muzey rəhbəri olaraq Sizə, İsraildə Azərbaycanın milli mədəni irsinin təbliğinə görə də təşəkkürümü bildirmək istərdim. İsrailin müxtəlif şəhərlərində həmyerlilərimiz yaşayır. Hesab edirəm ki, məhz Sizin fəaliyyətiniz onlara dünyaya göz açdıqları ölkə ilə heç vaxt əlaqəni itirməməyinə kömək edir. Bildiyiniz kimi, İçərişəhər paytaxt Bakının ürəyidir və İsraildən gələn qonaqlar İçərişəhəri “Bakının Yerusəlimi” adlandırırlar. Bu iki şəhərin hər bir daşında, hər bir guşəsində tariximiz canlanır. Və mən arzu edirəm ki, Sizin dəstəyinizlə yaxın zamanda, bizim muzeylərimiz arasında da əməkdaşlıq layihələri müvəffəqiyyətlə həyata keçiriləcək. Sizi bir daha təbrik edir, sizə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə, “İçərişəhər” Muzey Mərkəzinin Direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Əminə Məlikova
Амина Меликова, Директор музейного центра «Ичяри шехер», Баку

Добавить комментарий
Дорогие друзья!
В целях защиты от спама и иных проявлений вредительства, только зарегистрированные пользователи могут комментировать новости. Пожалуйста зарегистрируйтесь здесь: Регистрация
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.