Bаtsion Аbrаmovа "Qəlbin harayı"

Batsion Abramova Bəsti Qəlbinur təxəllüsü ilə 2006-çı ildə ədəbi yaradıçılığa başlamışdır. O Azərbayçanın Quba rayonunda anadan olmuşdur. Orada ali təhsilini başa vuraraq uzun müddət ingilis dili müəlliməsi işləmişdir. İsraildə daha bir ali təhsil almış, sosial işci vəzifəsində calışmışdır. İndiyə qədər “Qələm” və “Nəvarasdə simfoniya” (Bitməyən simfoiya) adlı iki kitabı catdan cıxmışdır. Bu kitablar eyni zamayda aduo-kitab kimi də oxuçuların ixtiyarına verilmişdir.
Batsion İsrail Yazarlar Birliyinin üzvüdür. Azəri və çuhuri (yəhudi) dillərində yazır.




Qəlbin harayı.



Bir an əylən, könül, sənə sözüm var,
Dərdim tüqyan edib, qəlbim qan ağlar.
Ana torpaq qalıb ayaqlar altda,,
Od tutub bədənim köksümü dağlar.

Üzeryin yurdunda susubdur Bübül,
Qanadı qırıqdır məğrur Lacının.
Yalcın qayalarda solub cicək, gül,
Doqmaça torpaqdır cəkən açını.

Göz yaşı axıdır İsa bulağı,
İsti su ürəklər yandırır, yaxır.
Hec gözlər görməsin bu dərd, bu dağı,
Xoçalı harayı göylərə qalxır.

Bir еlin dilində ağı Xoçalı,,
Qəlblərin silinməz dağı Xoçalı.
Qərənfildi, qızıl qаnа bоyаndı,
Bu vəşət xəbəri düya dolandı.

Yox oldu təmamən bir köy, bir oba,
Uşaqlar, qoçalar getdi havayı.
Necə mərd övladı uddu bu dava,
Burda qalmadı iz qandan savayı.

Ançaq gəl inləmə, ey dərdli könül,
Gəl batma matəmə, gəl batma yasa.
Vətənin yolunda verilən ömür,
Dönür torpağında heykələ, daşa.

Ana südü qədər müqəddəs torpaq,
Qoruyar balasın ya şəhid, ya saq.
Lazımdır baş əysin hər oğul, hər qız,
Bu munis hikmətə dünyada yalnız.

Oddan yoğrulmuşdur bu ulu torpaq,
Sarsılmaz müqəddəs amalı vardır.
Ayaqlar tapdağı olmuş bu torpaq,
Zəfərlə bayraqtək uçalaçaqdlr.



вернуться к списку поэтов

Добавить комментарий
Дорогие друзья!
В целях защиты от спама и иных проявлений вредительства, только зарегистрированные пользователи могут комментировать новости. Пожалуйста зарегистрируйтесь здесь: Регистрация
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.