Hikmət Sabir oğlu Bunyatov

Hikmət Sabir oğlu Bunyatov 29 iyul 1960-cı ildə Bakıda anadan olub. Ömrü boyu Bakı şəhərində bir çox musiqi ansambllarında nağara alətində mahir bir ifaçı kimi özünü tanıtmışdı. 1995-ci ildə İsrailə köçmüşdü. İsraildə 2013-cı ildə Hikmətin şerlər kitabı çap olunmuşdu.


Məndən uzaqlaşıb gedirsən hara?
Ay, mənim mələyim, ay, ömrüm günüm!
Etmə günlərimi, sən allah, qara!
Ay, mənim mələyim, ay, ömrüm günüm.

Nə tənə et mənə, nə də ki qına
Çəkib imtahana, nə də ki sına.
Bilmədən danışma sən qarasına,
Ay mənim mələyim, ay ömrüm günüm.

Dözməyib bu qədər çox haqsız sözə,
Qəlbim qubar eylə, o dönər közə.
Nə oldu sevgimiz tez gəldi gözə?
Ay mənim mələyim, ay ömrüm günüm.

Sən bu sevgimizi alçatmaginan,
Məni bir uşaq tək aldatmaginan,
Günahı üstündən heç atmaginan,
Ay mənim mələyim, ay ömrüm günüm.

вернуться к списку поэтов

Добавить комментарий
Дорогие друзья!
В целях защиты от спама и иных проявлений вредительства, только зарегистрированные пользователи могут комментировать новости. Пожалуйста зарегистрируйтесь здесь: Регистрация
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.